SİYASƏT


Azərbaycan-Norveç əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində daha bir görüşü norveçli həmkarı Borge Brende ilə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Norveçin xarici işlər naziri Borge Brende ölkəsinin Azərbaycanın Avratlantik təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verib, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticəyönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.