İDMAN


Azərbaycan–Norveç futbol oyununun biletləri satışa çıxarılıb

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–Norveç futbol oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionu və "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletləri kateqoriyalar üzrə 1-2, VİP sektorlara isə 10 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.