İDMAN


Azərbaycan–Norveç oyununa bilet satışı davam edir

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Azərbaycan–Norveç oyununa bilet satışı davam edir.

AZƏRTAC xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionu və “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti 2-ci kateqoriya üzrə 1, 1-ci kateqoriya üzrə 2, VİP yerlər üzrə 10 manatdır.

Matç Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.