İDMAN


Azərbaycan–Norveç oyununun hakimləri açıqlanıb VİDEO

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Norveç futbol oyununun hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda keçiriləcək görüş israilli hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton, Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək.

Onların işinə isə Lüksemburq federasiyasından Çarles Şaak qiymət verəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-də saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.