İQTİSADİYYAT


Azərbaycan OPEC üzvlərinin İstanbulda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək

A+ A

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulda 23-cü Dünya Enerji Konqresi çərçivəsində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, OPEC ölkələrinin İstanbul görüşü məlumat xarakteri daşıdığından və Azərbaycanın mövqeyi konqresdə Prezident səviyyəsində çatdırıldığından nazirin görüşdə iştirakı məqbul hesab olunmayıb.

Xatırladaq ki, OPEC-ə üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşü bu gün keçiriləcək. Görüşdə neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılması planlaşdırılır. OPEC-in baş katibi Məhəmməd Barkindo qeyri-rəsmi formatda keçiriləcək görüşə Azərbaycan tərəfini də dəvət etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.