SİYASƏT
Azərbaycan Ordusu düşmənin atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür VİDEO
Ağdam, 29 aprel, AZƏRTAC
Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlərə müsahibəsində deyib.
V.Dərgahlı bildirib ki, atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür. Bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək.