REGİONLAR


Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır

A+ A

Füzuli, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin qulluq və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Füzuli rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xətdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, onlarla söhbət ediblər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək, hərbi hissənin yaranmasının ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.

Ölkəmizdə ordu quruculuğunda aparılan islahatlardan, bu sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, ordumuzun inkişafı, müasir silahlarla təminatı və şəxsi heyətin döyüş ruhu, yüksək nizam-intizam onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Çıxışlarda vurğulanıb ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması və üçrəngli, ay-ulduzlu bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.