SİYASƏT


Azərbaycan-Pakistan əlaqələrinin qurulmasında və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri var

İslamabad, 12 dekabr, АZƏRTAC

Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın Pakistandakı səfirliyində anılıb.

Əvvəlcə səfirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Diplomat Ulu Öndərin ölkəmizin müstəqilliyinin bərpası, gücləndirilməsi və dövlətçiliyin qorunub saxlanması istiqamətində atdığı addımlardan bəhs edib. Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolundan danışıb.

Ə.Əlizadə ölkəmizdə bütün sahələrdə əldə edilən inkişafın, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulayıb.

Səfir Ulu Öndərin Azərbaycan-Pakistan əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətindən danışıb. Diplomat dünya şöhrətli siyasətçinin Pakistanın gənc nəslinin nümayəndələrinə tanıdılması istiqamətində aparılan işlərin davam edəcəyini bildirib. O, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb.

Səfirliyimizin kollektivi İslamabad şəhərində bir çox dünya liderlərinin, o cümlədən ulu öndər Heydər Əliyevin ağac əkdiyi Şəkərpariyan Parkına da baş çəkib, Ulu Öndərin əkdiyi ağaca qulluq ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.