SİYASƏT


Azərbaycan-Pakistan əməkdaşlığının inkişafında hər iki ölkənin regionlarının önəmli rolu var

İslamabad, 18 may, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xayber-Paxtunxva əyalətinin qubernatoru İqbal Zəfər Jagra ilə görüşüb.

Azərbaycan ilə Pakistanın bir-birinə göstərdiyi dəstəkdən, iki ölkə arasında etimad və inama əsaslanan dostluq və qardaşlıq əlaqələrinin inkişafından söhbət açan Əli Əlizadə əməkdaşlığın inkişafında hər iki ölkənin regionlarının da önəmli rolunun olduğunu bildirib.

Pakistanın Xayber-Paxtunxva əyalətində keçirdiyi görüşlər haqqında məlumat verən səfir əyalətlə əlaqələrin inkişafı və yeni layihələrin həyata keçirilməsi istiqamətində yerli hökumət və iş adamları ilə fikir mübadiləsinin aparıldığını bildirib. Heydər Əliyev Fondunun Pakistanda, o cümlədən Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi layihələrin hər iki ölkə xalqlarının daha da yaxınlaşmasına öz töhfəsini verdiyini bildirən səfir əyalətlə əlaqələrin gələcəkdə də davam etdiriləcəyini deyib.

Pakistanın Xayber-Paxtunxva əyalətinin qubernatoru İqbal Zəfər Jagra Bakıya 2008-ci ildə senator kimi etdiyi səfərini xatırladıb, Azərbaycanın Pakistan üçün dost ölkə olduğunu bildirib. O, Pakistanın Xayber-Paxtunxva əyalətinin də Pakistan-Azərbaycan əlaqələrin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb, Heydər Əliyev Fondunun Pakistanda, o cümlədən bu əyalətdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.