SİYASƏT


Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin Pakistan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstək qeyd edilib, yüksək səviyyədə olan siyasi əlaqələrlə yanaşı, enerji və nəqliyyat sahəsində əməkdaşlığın, iqtisadi və ticari əlaqələrin daha da inkişafı məsələləri müzakirə olunub. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökumətlərarası komissiyanın iclaslarının hər iki ildən bir təşkil olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edən nazir Ş.X.Abbasi Bakıya səfərlərini xatırladıb, bir çox ölkələrə səfər etdiyini, lakin Azərbaycanın son illər ərzində sürətlə inkişaf etdiyinin daha çox şahidi olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.