SİYASƏT


Azərbaycan-Parlamentlərarası İttifaq əməkdaşlığına dair fikir mübadiləsi aparılıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Martin Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edilib və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

E.Məmmədyarov belə səfərlərin xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.