İQTİSADİYYAT
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin fəaliyyətinin təşkili məqsədi ilə 5 milyon manat ayrılmışdır
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da Prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Sərəncamda qeyd edilir ki, ölkədə metallurgiya sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.
Sərəncama əsasən, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]