İQTİSADİYYAT
“Azərbaycan Polad İstehsali Kompleksi”ndə Almaniya şirkətinin təklifləri dəyərləndirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Polad İstehsalı Kompleksinin layihələndirilməsi üzrə “KAUTZ GMbH” şirkətinin təklifləri nəzərə alınıb, istehsal olunacaq məhsulun maya dəyərinin azaldılması, texniki təhlükəsizlik, avtomatlaşdırma mərhələləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, aprelin 14-də “Azərbaycan Polad İstehsali Kompleksi” QSC-nin sədri Samir Cəfərovun Almaniyanın “KAUTZ GMbH” şirkətinin prezidenti Vatter Kautsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti bir daha vurğulanıb. Azərbaycan iqtisadiyyatı, eləcə də “Azərbaycan Polad İstehsalı Kompleksi” barədə geniş məlumat verən Samir Cəfərov kompleksin layihələndirilməsi və tikintisi istiqamətində görülən işləri qonaqların diqqətinə çatdırıb.
Vatter Kauts bildirib ki, “KAUTZ GMbH” çoxillik təcrübəsi ilə metallurgiya sənayesi üçün ən müasir komplekslərin layihələndirilməsini müvəffəqiyyətlə həyata keçirən məşhur şirkətdir. Əminəm ki, təkliflərimiz dəyərləndiriləcək, xidmətlərimizdən siz də razı qalacaqsınız.