İDMAN


Azərbaycan Premyer Liqası: növbəti mövsümün püşkatma vaxtı müəyyənləşib

Bakı, 31 iyul, AZƏRTAC

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, püşkatma avqustun 2-də saat 12:00-da AFFA-nın inzibati binasında olacaq.

Püşkatma mərasimində Peşəkar Futbol Liqasının rəhbərliyi, klubların nümayəndələri və jurnalistlər iştirak edəcəklər.

Xatırladaq ki, futbol üzrə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünə aprelin 29-da yekun vurulub. Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümü aktivinə 62 xal toplayan “Qarabağ” komandasının çempionluğu ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.