İDMAN


Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli müəyyənləşib

Bakı, 8 avqust, AZƏRTAC

Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, oyun cədvəlinə görə avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.

İlk tur çərçivəsində bir gün sonra Bakının “İnter” klubu “İnter Arena”da “Qəbələ” komandası ilə görüşəcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

Avqustun 13-də saat 19:00-da başlayacaq matçda isə “Zirə” komandası eyni adlı idman kompleksinin stadionunda “Səbail” ilə oynayacaq.

Tura “Sumqayıt”–“Kəpəz” kollektivlərinin oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.