İDMAN


Azərbaycan Premyer Liqasında ilk turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 11-də Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start veriləcək. Artıq oyunlar üçün bütün hakim təyinatları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, avqustun 11-də keçiriləcək “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) komandalarının oyununu baş hakim Əliyar Ağayev idarə edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Bir gün sonra “İnter Arena”da saat 20:00-da start götürəcək matçda “İnter” (Bakı) öz meydanında “Qəbələ” komandasını qəbul edəcək. Qarşılaşmaya baş hakim olaraq Ömər Paşayev təyin edilib.

Premyer Liqanın avqustun 13-də təşkil olunacaq “Zirə” – “Səbail” oyununu idarə etmək Rəhim Həsənova tapşırılıb. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq bu görüşə saat 19:00-dan etibarən start veriləcək.

Həmin gün saat 21:00-da “Kapital Bank Arena”da “Sumqayıt” klubu Gəncənin “Kəpəz” komandasını sınağa çəkəcək. Bu matçın baş hakimi Fariz Yusifov olacaq.

Qeyd edək ki, üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.