SİYASƏT


Azərbaycan Prezidenti: Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir

Bakı, 18 mart, AZƏRTAC

Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.

Dünyada baş verən münaqişələrə, qarşıdurmalara toxunan dövlətimizin başçısı deyib: “Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə. Biz bunu bilirik və mən həmişə bütün bu məsələlərlə bağlı öz mövqeyimi bildirmişəm. Eyni zamanda, o ölkələr müstəqil həyata hazır deyildilər. O ölkələrdə xalq-iqtidar birliyi yox idi. O ölkələrdə kütləvi narazılıq var idi. Ona görə belə acınacaqlı, bədbəxt hadisələr baş verdi. Bütün bunlar bizim gözümüzün önündə baş verir və bir daha həm xalqımıza, həm bütün dünyaya göstərir ki, bu gün Azərbaycan doğrudan da dünya miqyasında öz siyasəti ilə fərqlənən və bir çox ölkələr üçün nümunəyə çevrilən bir ölkədir.

Bizim beynəlxalq mövqelərimiz də möhkəmlənir. Yanvar ayının ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.