İQTİSADİYYAT


Azərbaycan Prezidenti: Dövlət sahibkarlığın inkişafına bundan sonra da öz dəstəyini verəcək

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dövlətin sahibkarlığın inkişafına bundan sonra da öz dəstəyini verəcəyini deyib. Prezident bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verildiyini vurğulayıb və qeyd edib ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. “Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir”, - deyə dövlətimizin başçısı əlavə edib.

“Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar”, - deyən Azərbaycan Prezidenti bu məqsədlə təşviq mexanizminin artıq tətbiq olunduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.