RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəlib VİDEO

İstanbul, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin