RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO
Bakı, 1 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olundu, bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.