Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib VİDEO

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində görülmüş işlərlə tanış olublar.

Dövlətimizin başçısı və xanımı göl sahilində salınmış Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxdılar.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.

Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobil və avtobusla Böyükşor bulvarının və parkının ərazisini gəzdilər.

Bu layihə Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.

Layihə ilk növbədə, böyük sosial əhəmiyyəti ilə diqqət çəkir. Vaxtilə sürətlə inkişaf edən paytaxtın tələblərinə uyğun gəlməyən, ekoloji tarazlığı pozan bu ərazidə çox qısa zamanda bu cür nəhəng infrastruktur layihəsinin reallaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin uğurlarının əyani təsdiqidir. Birinci Avropa Oyunlarına daxil olan tədbirlərin böyük əksəriyyətinin Böyükşor gölünün şərq sahilində yerləşən Bakı Olimpiya Stadionunda və digər infrastruktur komplekslərində keçirilməsi isə bu layihənin əhəmiyyətini daha da artırır. Layihənin birinci mərhələsi çərçivəsində həyata keçirilən tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.

Bildirildi ki, sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

Bakı Olimpiya Stadionuna yaxın olan Böyükşor gölünün sahilində həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edəcək və paytaxtımızın sakinlərində və qonaqlarında xoş təəssüratlar, dərin məmnunluq hissi yaradacaq. Bir vaxtlar burada mövcud olan ekoloji fəlakətin aradan qaldırılması indi bu ərazini geniş yaşıllıq zolaqlarının, təbii landşaftın olduğu məkana çevirib. Burada iaşə və əyləncə məkanlarının yaradılması isə onun paytaxtın arxitekturasına xüsusi yaraşıq verəcəyini bir daha təsdiqləyir.

Qeyd edildi ki, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Böyükşor gölü dünyada ən çox çirklənmiş sututarlardan hesab olunurdu. Qısa müddətdə görülmüş işlər nəticəsində gölün ekoloji göstəricilərinin dinamikası müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişib. Uzun illər Böyükşor gölünə axıdılan sənaye və məişət tullantı sularının və neft qalıqlarının qarşısı artıq böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. Layihə ərazisində bu mənbələr tamamilə ləğv edilib, qalan sahədə isə 20-yə endirilib və bu göstərici azalmaqdadır. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Gölün şimal hissəsi sovet dövründə, əsasən də İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edilib və bu, gölü həddən artıq çirkləndirib. Qədim Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca tikilib. Eyni zamanda, yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür.

Layihənin ilkin mərhələsində gölün dibindən 2,8 milyon kubmetr həcmində çöküntü çıxarılaraq gələcəkdə zərərsizləşdirilməsi üçün müvəqqəti təcrid edilmiş anbar ərazisinə toplanıb. Gələcəkdə dib çöküntülərinin zərərsizləşdirilməsi üçün 100 hektar ərazidə müvəqqəti saxlanc anbarı inşa edilib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Bundan əlavə, burada su səviyyəsinin tənzimləyən üç su keçid hidrotexniki qurğusu inşa edilib. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi quraşdırılıb.

Gölün Bakı Olimpiya Stadionu tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə köçürülüb. Gölün mühafizə zonasında 11 mühafizə məntəqəsi quraşdırılıb və bərk tullantıların atılmasının və əraziyə kənar müdaxilələrin qarşısı tam alınıb. Birinci mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədilə burada 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Gölün digər tərəfinin təmizlənməsi işləri layihənin növbəti mərhələsində həyata keçiriləcək. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 zolaqlı magistral yolun özülü olacaq. Buradan da görünür ki, Böyükşor gölünün 300 hektara yaxın hissəsində icra olunan birinci mərhələ üzrə işlər uğurla həyata keçirilib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən gölün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib VİDEO

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi