RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO
Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirildi, əlaqələrin daha intensiv xarakter almasından məmnunluq ifadə edildi, Çexiya xarici işlər nazirinin Bakıya səfərinin bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulandı.