Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Dövlət Şurası Sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi. “Biz Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına böyük önəm veririk”, - deyən dövlətimizin başçısı ötən ilin sonunda Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər çərçivəsində aparılan danışıqların, imzalanan sənədlərin gələcək əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, bu səfər dostluq münasibətlərinin genişlənməsində daha bir mühüm addım olacaq.

Azərbaycana səfərindən məmnun olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Bakıya səfər etməzdən öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdüyünü bildirdi, onun ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırdı. O dedi ki, Çin Xalq Respublikasının Sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. İlk dəqiqələrdən paytaxtımızda gedən inkişaf proseslərinin, şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən Can Qaoli Bakının şəhərsalma baxımından tarixlə müasirliyin vəhdətinin nümunəsi olduğunu bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğuladı.

Prezident İlham Əliyev qısa müddət ərzində Çindən yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana həyata keçirdikləri səfərləri münasibətlərimizin yaxşı nümunəsi kimi qiymətləndirdi, Çin ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və bu təşkilat ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm yer tutur. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Azərbaycanın Çin ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır. Dövlətimizin başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının ölkəmiz tərəfindən alqışlandığını bildirdi. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğuladı, Çinin iqtisadiyyatın bütün sahələrində əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli vurğuladı ki, Çin Azərbaycan ilə münasibətlərə böyük önəm verir. Qonaq bundan əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun ölkəmizdə olduğunu və həmin səfərin onda böyük məmnunluq doğurduğunu bildirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı fəaliyyətinin önəmini qeyd edən Çin nümayəndə heyətinin rəhbəri regional təhlükəsizlik işində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğuladı. “Biz Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəyik”, - deyən qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı. O, ölkələrimizin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi. Can Qaoli dedi: “Yeni Azərbaycan Partiyasının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Sizin rəhbərliyinizlə bu partiya Azərbaycanın ümumi inkişafında və tərəqqisində mühüm rol oynayır. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda gedən inkişaf prosesləri və yürütdüyünüz uğurlu siyasət Azərbaycan xalqının tərəqqisinə xidmət edir”. Can Qaoli bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və dəstəkləyir.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin ölkəmiz haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda fəal əməkdaşlıq etdiyini bildirdi, Çinin bu təşkilatlarda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Ermənistanın təcavüzkarlıq siyasəti və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verdi. Bildirdi ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı ölkələrimizin hakim partiyaları arasında əməkdaşlığın da əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikası Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Dövlət Şurası Sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb