RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşmüşdür VİDEO
Vyana, 19 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdir.