RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanışlıq zamanı “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda həyata keçirilən işlərdən, neft və qazdan asılılığı azaltmaq üçün icra olunan layihələrdən danışıb.

Prezident İlham Əliyev Azərbaycanın qlobal kibertəhlükəsizlik çağırışları ilə bağlı həyata keçirdiyi işlərə toxunub, “Bakutel-2016” sərgisinin əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır