RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə gəlib VİDEO
Paris, 16 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər.
Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.