Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmişdir

Bakı, 20 aprel (AZƏRTAC). Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə istifadəyə verilmişdir. Beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1999-cu ildə istismara buraxılmışdır. Son illərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır. 2003-cü ildən isə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bundan sonra bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələ hava limanları işə salınmışdır. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Qarşıdakı iki ildə ən müasir təyyarələrin alınması nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendlərə baxdı.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işlərinə 2011-ci ilin aprelindən başlanılmışdır. İstifadəyə hazır olan yeni uçuş-enmə zolağı dünyanın ən ağır və müasir təyyarələrini qəbul edə biləcəkdir.

Qeyd edildi ki, yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Ən müasir standartlara cavab verən perronun sahəsi 309 min kvadratmetrdir. Ərazini yağış və qrunt sularından mühafizə etmək üçün açıq yağış kanalı, drenaj və kollektor xətləri, o cümlədən təzyiqli su xətti və üç nasos stansiyası inşa olunmuşdur.

Prezident İlham Əliyev yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı açılış münasibətilə sifarişçi -“Azərbaycan Hava Yolları” QSC-nin və yenidənqurma işlərini həyata keçirən “Azvirt” MMC-nin kollektivlərini təbrik etdi.

Azərbaycan Prezidenti yeni uçuş-enmə zolağı ilə tanış oldu. Tanışlıq avtomobil ilə davam etdirildi.

Yeni uçuş-enmə zolağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə mövcud aerovağzal kompleksində aparılan yenidənqurma işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq mövcud aerovağzal kompleksinin fasadında əsaslı bərpa və yenidənqurma işləri görülmüşdür. Başa çatmaq üzrə olan yenidənqurma nəticəsində aeroport binası daha da müasir görkəm almışdır.

Diqqətə çatdırıldı ki, müvafiq marşrutlar üzrə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn təyyarələrdəki sərnişinlərin yüklərinin qəbulu bölməsində ən müasir avadanlıq quraşdırılmışdır. Mövcud aerovağzal kompleksinin gömrük sahəsində də əsaslı yenidənqurma işləri görülmüşdür. Kompleksin döşəməsi və tavanı tamamilə yenilənmişdir. Bütün işlərin yüksək zövq və ən son elmi-texniki yeniliklər əsasında aparıldığı kompleksdə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Burada xidmət sahələri genişləndirilmiş, texniki baxımdan müasirləşdirilmişdir. İşıqlandırma sistemi də orijinallığı və müasirliyi ilə diqqəti cəlb edir. Viza və pasport qeydiyyatı şöbələri də müasir görkəm almışdır.

Prezident İlham Əliyevə gömrük bəyannaməsinin elektron formatda doldurulması üçün yeni quraşdırılan avadanlığın üstünlükləri barədə məlumat verildi.

Bildirildi ki, gömrük sahəsində yüklərin qəbulu prosesi təkmilləşdirilmiş və ən müasir standartlara uyğunlaşdırılmışdır. Sərnişinlər gömrük sahəsindəki Azərbaycan və paytaxt Bakının xəritələri vasitəsilə respublikamızın turizm imkanları, mehmanxanalar, metro stansiyaları, ölkəmizdəki mövcud aeroportlar və onları maraqlandıran digər suallar barədə dolğun məlumat əldə edə biləcəklər. Kompleksdə yeni monitorlar quraşdırılmış, çıxışların sayı iki dəfə artırılmışdır. Gözləmə salonları əsaslı şəkildə genişləndirilmiş, sərnişinlərə təklif olunan xidmətlərin sayı artırılmış və keyfiyyəti daha da yaxşılaşdırılmışdır. Ümumilikdə, mövcud aerovağzalın istər “Cənub”, istərsə də “Şimal” terminallarında hərtərəfli yenidənqurma işləri görülmüş, sərnişin və yükdaşımalarla bağlı xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırılmışdır.

Daha sonra yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, inşaat işləri cədvəl üzrə aparılır və dünyadakı ən son yeniliklərə əsaslanır. İstər yeni layihəsinin orijinallığına, istərsə də ən son elmi-texniki yeniliklərə əsaslanmasına görə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada nadir hava limanlarından biri olacaqdır.

Bildirildi ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcəkdir. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək və ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, yeni terminalın binasının tikintisi ilə yanaşı, ümumi sahəsi 63 min kvadratmetrə çatacaq vağzalətrafı meydan da tamamilə yenidən qurulacaqdır. Bundan başqa, uçuşları idarə edəcək yeni naviqasiya qülləsi, yanğından mühafizə binası, enerji mərkəzi və digər tikililərin inşası aparılır, yeraltı və yerüstü kommunikasiya xətləri yeniləşdirilir.

Yenidənqurma işləri ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət iş üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb