RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir VİDEO
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılması üçün yaxşı imkan yaradacağı vurğulandı.