RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür VİDEO
Vilnüs, 28 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.