RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb YENİLƏNİB VİDEO

Münxen, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlandı. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışıldı. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulandı, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır