RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirliyində olub, Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır