RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfərə gəlib VİDEO

Qax, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda bir çox sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin