Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib VİDEO

Bakı, 27 may, AZƏRTAC 

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndi.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim.

Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.

Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların içində ən böyük itkimiz İrəvanın Ermənistana verilməsi olmuşdur. Bu, sağalmayan yaradır. Əlbəttə, biz tarixi həqiqətləri bilməliyik. Əfsuslar ki, tarix yaşlı nəslə təhrif edilmiş şəkildə təqdim olunurdu. Biz oxuduğumuz tarix kitablarında tarixi həqiqətləri görmürdük. Ona görə, bəzi qaranlıq məqamlar da olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Bu gün bütün tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşı üçün bəllidir, artıq sirr deyil. İrəvanın Ermənistana verilməsi əlbəttə ki, böyük səhv idi. Əfsuslar olsun ki, bu addım gələcəkdə Azərbaycana yönəlmiş erməni işğalçı siyasətini dayandırmamışdır.

Respublikanın ömrü qısa olmuşdur. Əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi. Ondan sonra sovet dövrü başlamışdır. Sovet dövründə həm müsbət, həm mənfi tərəflər var idi. Hesab edirəm ki, bizim alimlər sovet dövrünü də və Azərbaycanın rolunu da daha geniş şəkildə təhlil etməli, sanballı elmi əsərlər təqdim edilməlidir. Necə ki, vaxtilə mənim məsləhətimlə alimlərimiz İrəvan xanlığı haqqında çox dəyərli, tarixi həqiqətə əsaslanmış elmi əsər yaratmışlar.

Sovet dövrü də mürəkkəb dövr idi, Azərbaycan müstəqil, azad deyildi. Ancaq, eyni zamanda, xalqımız inkişaf edirdi. Azərbaycanda o illərdə elm, təhsil inkişaf edirdi. Bu gün biz qürur hissi ilə deyirik ki, Azərbaycanda savadlılıq 100 faiz səviyyəsindədir. Bunun əsası əlbəttə ki, sovet dövründə qoyulmuşdur.

Ölkəmizin sənaye potensialı inkişaf edirdi, xüsusilə neft sənayesi. Bu yaxınlarda faşizm üzərində Qələbənin 70 illiyini qeyd edərkən bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan neftçiləri ümumi Qələbəyə nə qədər böyük töhfə vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri fərqli ola bilərdi.

Sovet dönəmində Azərbaycanın sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sadəcə olaraq, statistik rəqəmlərə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. Məhz 1970-ci illərdən başlayaraq Azərbaycanda çox böyük quruculuq işləri aparılmışdır. Əgər 1970-ci illərə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdə idisə, 1980-ci illərin əvvəllərində Azərbaycan ən qabaqcıl yerlərə çıxa bilmişdir. Rusiya Federasiyasından başqa, cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri də Azərbaycan idi.

Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. O dövrü də biz hamımız yaxşı xatırlayırıq. O dövr də çox ağır dövr idi. O dövrdə Azərbaycan böyük itkilər vermişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Xaos, anarxiya, iqtisadi və siyasi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi. Xüsusilə Kəlbəcər, Laçın, Şuşa rayonlarının işğalından sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bu, müharibənin birinci mərhələsinin yekunlarına əlbəttə ki, öz mənfi təsirini göstərmişdir.

1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi. Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi, iqtisadi islahatlar aparılmağa başlanmışdır. Bir sözlə, o tarix – 1993-cü il müstəqil Azərbaycanın yeni dövrünün başlaması idi. Əslində müstəqilliyimiz məhz o vaxt başlamışdır. O dövrdən başlayaraq bu günə qədər Azərbaycan sürətlə inkişaf edir.

Mayın 10-da - Ulu Öndərin doğum günündə o dövrü və ondan sonrakı dövrü mən geniş təhlil etdim. Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. Bizim güclü iqtisadi dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm də siyasi müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və bizə çox böyük dəstək verir.

Ölkəmizdə bütün işlər müsbət istiqamətdə inkişaf edir. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi və maliyyə böhranı, - bu böhran bütün dünyanı bürümüşdü, - Azərbaycana çox az təsir etmişdir. Hazırda yenə də dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir etmir. Ona görə ki, biz düşünülmüş siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Biz öz gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm ölkədəki vəziyyəti daha da sabitləşdirir, eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır.

Biz buna özümüz nail olmuşuq - Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düşünülmüş siyasət nəticəsində. Heç kim bizə kömək etməmişdir. Bu gün reallıqlar onu göstərir ki, dünya miqyasında Azərbaycan kimi sürətlə inkişaf edən ölkə çətin tapılsın.

Eyni zamanda, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir. Baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, böhranlar yaşanır. Əvvəldən qalan münaqişələr öz həllini tapmır, üstəgəl yeni münaqişə zonaları yaradılır. Bu, bizim gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə, düşünülmüş siyasətlə seçilir. Azərbaycan bu gərgin məkanda nəinki sabitlik adasıdır, eyni zamanda, sabitləşdirici amildir. Bizim bölgəyə çox müsbət təsirimiz var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat təşəbbüsləri regional əməkdaşlığın əsasını təmin edir və burada Azərbaycanın rolu artır. Əlbəttə, bu, bizi sevindirir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox müsbət təsir göstərir.

Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır.

Bu gün bayram ərəfəsində mən qarşıda duran vəzifələr haqqında öz fikirlərimi bildirmək istəyirəm. Mən bu məsələlərlə bağlı mütəmadi qaydada öz sözlərimi deyirəm, çıxış edirəm, xalqa hesabat verirəm və gələcək istiqamətlər haqqında fikirlərimi çatdırıram.

Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun.

Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bunu Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda, Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir.

Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə “ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu şəffaflıq prinsiplərini bütün sistemimizə - dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir.

İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir.

Azərbaycanda daxili siyasətlə bağlı digər məsələlər də müsbət istiqamətdə tənzimlənir. Xalqla iqtidar arasında birlik bizim uğurlu inkişafımızın əsas şərtidir. Azərbaycanın uğurlu inkişafı təmin edilir.

Təhlükəsizliklə bağlı tədbirlər indi bütün ölkələri düşündürür. Biz bu işlərlə ciddi məşğuluq və məhz buna görə Azərbaycanda kriminogen durum çox müsbətdir. Biz adambaşına düşən cinayətlərin sayının azlığına görə dünyada ən yaxşı yerlərdən birini tuturuq. Azərbaycanda siyasi, iqtisadi islahatlar, insanların rifah halının yaxşılaşması, eyni zamanda, təhlükəsizlik tədbirlərinin tətbiqi nəticəsində bu gün deyə bilərəm ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Əlbəttə ki, xaricdən təhdidlər ola bilər, xüsusilə, terrorizmlə bağlı təhdidlər. Ancaq bizim hüquq mühafizə orqanları bu məsələlərlə bağlı ciddi fəaliyyət göstərirlər. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da təhlükəsizlik şəraitində yaşayacaqdır.

Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox hallarda bu tədbirlərin təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin inkişafı üçün çox vacibdir. Eyni zamanda, dünyada Azərbaycanı daha da çox tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər. Deyə bilərəm, təmasda olduğum və Bakıya gələn bütün qonaqlarla apardığım söhbət əsnasında onlar qeyd edirlər ki, Azərbaycanın və Bakının bu qədər inkişaf etmiş ölkə və şəhər olduğunu gözləmirdilər.

Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar, mədəniyyətlərarası forumlar keçirilir. Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən biridir.

Xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir. Bu da göz qabağındadır. Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar - həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir.

Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın rolu haqqında danışırdı. Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və bu yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir. Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz Azərbaycan “Bakı prosesi”nin müəllifi olmuşdur. “Bakı prosesi” Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə dialoqun əsasını təşkil etmişdir.

Bizim bu nadir rolumuz bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir. Sizə deyə bilərəm ki, heç bir başqa ölkə hazırda bu rolu öz üzərinə götürə bilməz, götürsə də bizim qədər uğur əldə edə bilməz. Çünki Azərbaycanda bu müsbət prosesin inkişafı üçün çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu Azərbaycanda multikulturalizm meyilləri yaşayıb. Sadəcə olaraq bu, yeni söz olduğu üçün biz bu sözü bilmirdik və bu sözü tələffüz etmək o qədər də asan deyil. Ancaq bu anlayış Azərbaycanda həmişə var idi. Üstəgəl bu gün bizim dövlət siyasətimiz də bu əsaslar üzərində qurulur və bu siyasət real siyasətdir. Bu, hansısa şüar naminə deyilən sözlər deyil. Çünki, bilirsiniz, beynəlxalq aləmdə, hər kəs şüarı real işdən ayıra bilir. Ona görə, bu nadir rolu Azərbaycan öz üzərinə götürüb. Götürməyə də bilərdi. Götürməsəydik də, bilirsiniz, hər halda bizim iqtisadi, siyasi inkişafımız üçün heç bir problem yaranmazdı. Amma biz bu rolu üzərimizə götürürük. Çünki biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da bizim siyasətimiz və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir. Üçüncüsü, iqtisadi amildir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir.

Eyni zamanda, Azərbaycanda çox müsbət demoqrafik dinamika var, əhalimizin sayı artır. Artıq 9 milyon 600 mindir. Ermənistanda isə əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir. Onların rəsmi statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Hesab edirəm ki, real statistika bundan daha böyükdür. Ona görə, bu güclər nisbəti göz qabağındadır. Münaqişə ancaq ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.

Azərbaycanın ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir. Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq. Bu yaxınlarda orada separatçı rejim və Ermənistan tərəfindən keçirilmiş saxta və qanunsuz “seçkilər” bir daha onu göstərdi ki, heç kim bunu tanımayıb və ölkələrin bir çoxu bu “seçkilər”i qınayıb.

Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq.

Bütün bu müsbət inkişafın təməlində əlbəttə ki, bizim iqtisadi islahatlarımız, iqtisadi uğurlarımız dayanır. Mən bu barədə də kifayət qədər öz sözlərimi demişəm. Bütün iqtisadi göstəricilər ən müsbət mənzərə yaradır. Hətta bu il neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız ötən dörd ayda beş faizdən çox, qeyri-neft sektorumuz təxminən yeddi faiz artıb. Qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun təxminən 70 faizini təşkil edir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun təxminən 70-75 faizini, bəlkə də daha çox təşkil edir. Xarici borc 10 faiz ətrafındadır. Yoxsulluq, işsizlik beş faiz səviyyəsindədir. Daha bundan artıq deməyə söz qalmır və ehtiyac da yoxdur.

Gələcəklə bağlı siyasətimiz ondan ibarətdir ki, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin ediləcək. Azərbaycanda dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin inkişafı, kənd təsərrüfatı istehsalının, ixrac potensialımızın artırılması daim diqqət mərkəzində olacaqdır.

Azərbaycanda indi sənayeləşmə prosesi gedir. Kənd təsərrüfatı da sürətlə inkişaf edir. Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Əsas hədəfimiz budur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik. Həmçinin güclü rəqabətqabiliyyətli ixrac potensialı da yaratmalıyıq. Çünki gələcəkdə kənd təsərrüfatımız ancaq ixrac hesabına sürətlə inkişaf edə bilər. Yaxın bir neçə il ərzində biz daxili tələbatı tam yerli istehsal hesabına təmin edəcəyik.

Nəqliyyatla bağlı gələcək planlarımız artıq görülmüş işlər əsasında qurulur. Ümid edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda işə düşəcək. Bu da dünya üçün çox əhəmiyyətli layihədir. Hazırda Azərbaycanda yeddi aeroport fəaliyyət göstərir, onlardan beşi beynəlxalq statusa malikdir. Xəzərdə ən böyük dəniz limanı yaradılır. Eyni zamanda, gəmiqayırma zavodu işə düşüb, vaqonqayırma zavodu tikilir. Yəni, Azərbaycan logistik və nəqliyyat mərkəzi kimi artıq dünya xəritəsində öz mövcudluğunu təsdiq edir. Gələcəkdə bu sahəyə qoyulacaq investisiyalar əlbəttə ki, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasına kömək göstərəcək. Şimal–Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycan ərazisindən keçir. Hər iki istiqamətdə çox fəal iş aparılır.

Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş vermişdir. Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilmişdir. Mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulmuşdur. İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir.

Əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil. Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.

Sağ olun.

X  X  X

Sonra bədii proqram nümayiş etdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilibPrezident İlham Əliyev rəsmi qəbulda iştirak edib VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir