RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib VİDEO
Soçi, 21 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Soçinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Federasiyası Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev və Soçi şəhərinin meri Anatoli Paxomov qarşılayıblar.