RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib VİDEO

Ər-Riyad, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ər-Riyad şəhərinin “King Salman Air Base” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin