Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB] VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin 

çıxışı

-Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır.

Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir.

Bildiyiniz kimi, idmanın inkişafına böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas prioritetlərindən biridir. Hər bir ölkənin gücünü əks etdirən həm də onun idman potensialıdır, idman nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır. İdmançılar Azərbaycanda böyük hörmətə layiqdirlər və ictimaiyyət tərəfindən onların fəaliyyətinə yüksək qiymət verilir.

Dövlət idmançıları həmişə qayğı ilə əhatə edir və bizim idmançılarımız həm idman yarışlarında, eyni zamanda, məişətdə də nümunəvi davranış qaydaları göstərirlər. Çünki idman elə bir fəaliyyət növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət zəfər çalmalıdır. Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar.

İdmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılmışdır və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə almışdır. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülmüşdür, o cümlədən paralimpiyaçılar da bizi sevindirmişlər.

Bütövlükdə ölkəmizin inkişafı ilə bağlı lazımi addımlar atılır. Bu inkişafla bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin dünyaya tanıdılmasıdır və burada idmanın xüsusi yeri var. Misal üçün, Avropa Oyunları bütün Avropanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu il keçirilmiş “Formula-1” yarışının auditoriyası 500 milyon insandır. Bu 500 milyon insan gördü ki, Bakı şəhəri bu yarışı keçirməyə qadirdir. Eyni zamanda, onlar Bakının gözəlliyini, abadlığını, şəhərimizin, sakinlərimizin həyatını gördü və əlbəttə ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan bu dərəcədə inkişaf edib, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib.

Bu il, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilmişdir. İştirak edən komandaların sayına görə bu, rekord nəticə idi. Beynəlxalq Şahmat Federasiyasının rəhbərlərinin fikrinə görə, bu, ən yaxşı təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadası idi. Yəni, bizim bu sahədə gözəl təcrübəmiz var, bütün təşkilati işlər yüksək səviyyədə həll olunur və bu gün Azərbaycan dünya miqyasında güclü dövlət, güclü idman dövləti kimi tanınır. İdmançılar əldə etdikləri medallarla idman şöhrətimizi ucaldırlar. Bakıda keçirilən beynəlxalq yarışlar bütün dünyaya Azərbaycanı gözəl, inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim edir.

Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi davam edir. Gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əgər keçən il biz Avropa idmançılarını Azərbaycana yığmışdıqsa, gələn il müsəlman idmançılarını Bakıda bir yerə toplayacağıq. Bu, ölkəmizin inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası əlaqələrin inkişafına çox əhəmiyyətli töhfə verir. Bizim ölkə idman yarışlarının keçirilməsi ilə, eyni zamanda, bu məqsədi də güdür.

İdmanın cəmiyyətə çox böyük müsbət təsiri var. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün idmanın çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar, yeniyetmələr sizə baxıb nümunə götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə təmsil edirsiniz, bayrağımızı yüksəklərə qaldırırsınız. Bizim paralimpiyaçılarımız Rioda bayrağımızı 11 dəfə qaldırmışlar. Gənc nəsil həm bilikli, peşəkar, eyni zamanda, mütləq vətənpərvər olmalıdır. Çünki vətənpərvərlik dövlətçiliyimizin əsasıdır.

Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illərin mütləq əksəriyyəti şanlı-şöhrətli illərdir. Fəxr edirik ki, bu gün bu səviyyəyə qalxmışıq. Gənc nəsil bu dəyərləri mütləq gələcəkdə yaşatmalıdır ki, inkişafımız dayanıqlı olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə olsun. Ona görə, sizin Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə də gözəl bir nümunədir. Əminəm ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə müşahidə olunan axın daha da güclənəcək.

Mən bu gün sizi bir daha ürəkdən təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Oyunlarda fərqlənən idmançılar dövlət mükafatları ilə təltif olunmuşlar. İndi isə təltifetmə mərasiminə keçək.

X X X

Sonra təltifetmə mərasimi oldu.

Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham ZƏKİYEV çıxış edərək dedi:

- Çox sağ olun, cənab Prezident. Allah Sizin köməyiniz olsun. Sizə bir daha minnətdaram.

Mən kapitan və bayraqdar olduğuma görə Paralimpiya Oyunlarının açılışında bizim komandanın rəhbərliyi qərara aldı ki, mən arenaya milli geyimdə çıxım. Bu da hamının xoşuna gəldi. Bir kapitan kimi mən də çıxışımla bağlı demək istəyirəm ki, cənab Prezident, səhhətimdə bir az problemlər oldu. Təzyiqim düşmüşdü, qızdırmam da var idi. Amma Azərbaycan əsgəri heç vaxt təslim olmur. Mən axıra qədər döyüşdüm.

Allah Sizin köməyiniz olsun. Siz mənə həmişə belə yüksək diqqət və qayğı göstərirsiniz. Siz idmançılarımızı mükafatlara layiq görəndə biz hələ Rioda idik. Bu böyük qiymətə görə Sizə minnətdaram.

Siz Bişkekdə o yalançı Sarkisyanı susdurdunuz. Allah Sizi qorusun. Biz Sizinlə fəxr edirik. Var olsun, Azərbaycan Prezidenti. Allah Sizin köməyiniz olsun.

Prezident İlham ƏLİYEV: Çox sağ ol. İlham bizim fəxrimizdir. İki dəfə Paralimpiya çempionudur, Avropa Oyunlarının qalibidir. Mən çox şadam ki, bu gün biz İlhamı burada təbrik edirik və fəxri diplom da təqdim olunur.

“Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə ƏLİYEVA təltifə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham ƏLİYEV: Yaxşı çıxış etdiniz. Biz sizə azarkeşlik edirdik. Bu gənc yaşda yüksək mükafat münasibətilə sizi təbrik edirik.

İradə ƏLİYEVA: Qazanılan bütün 11 medaldan beşi atletikanın payına düşür və 4 medalı qızlar qazanıb. Dəstəyinizə görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Afərin! Bizim qızlar mübarizdirlər. Siz ikiniz 4 medal qazanmısınız. Afərin!

İradə ƏLİYEVA: Yelena Çebanu üç növdə medal qazanıb. Mənim bir medalım var.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bu uğur münasibətilə sizi təbrik edirəm.

Cüdo komandasının baş məşqçisi İbrahim İBRAHİMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, bu gün bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Biz cüdo komandası olaraq, bu Oyunlarda üç medal qazandıq - bir qızıl, bir gümüş və bir bürünc. Bunların hər biri idmanın inkişafına Sizin göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Buna görə, Sizə minnətdarıq. Bu gün idman sahəsində lider dövlət olan Azərbaycanın Sizin kimi Prezidenti var. Digər ölkələrin idmançıları bizə həsəd apararaq deyirlər ki, sizə kömək göstərən, sizin qayğınıza qalan Prezidentiniz var. Biz həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Təltifə görə dövlətimizin başçısına minnətdarlığını bildirən XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil QASIMOV dedi:

- Çox sağ olun, cənab Prezident. Bizə göstərdiniz yüksək diqqətə görə Sizə çox minnətdaram. Mən Gəncə şəhərindənəm. Gəncə şəhərinə ikinci qızıl medalı aparıram. Çox minnətdaram ki, şəhərimizi də o cür abadlaşdırmısınız. Fəxr edirik ki, bizim Prezidentimiz Sizsiniz. Çox minnətdaram, sağ olun.

X X X

Paralimpiyaçıları bir daha təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, sizi bir daha ürəkdən təbrik edirəm. Doğrudan da bu, böyük qələbədir. Siz xalqımızı bir daha sevindirmisiniz. Gələcəkdə yeni yarışlar, yeni döyüşlər olacaq. Əminəm ki, siz bütün yarışlarda xalqımızı, millətimizi, dövlətimizi ləyaqətlə təmsil edəcəksiniz, bizi sevindirəcəksiniz.

Növbəti böyük yarışlar dörd ildən sonra Tokioda keçiriləcək. Ondan əvvəl də yarışlar olacaq. Əsas odur ki, bizim komandamız həmişə belə gözəl, vətənpərvər komanda olsun. Siz həmişə çalışasınız, dövlətimizi, xalqımızı sevindirəsiniz və bir daha bütün dünyada göstərəsiniz ki, Azərbaycan qüdrətli dövlətdir. Bizim gücümüz xalqımızın gücünə əsaslanır. İdman yarışlarında, bütün digər sahələrdə Azərbaycan yalnız qabağa gedəcək. Sizi bir daha təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB] VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Sabah ölkə ərazisində əsl yaz havası olacaq

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb