Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB] VİDEO

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

-Əziz idmançılar, əziz dostlar. 

Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanmışdır. Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.

Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm, həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Bu möhtəşəm qələbə bütün Azərbaycan xalqını sevindirir. Azərbaycan xalqı öz idmançıları ilə fəxr edir və mən sizi bu gözəl qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm.

Azərbaycan idman dövlətidir. Biz məqsədyönlü şəkildə idman siyasətimizi apararaq, bu gözəl nəticələrə nail ola bilmişik. İlk dəfə Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O vaxt bizim cəmi 1 medalımız var idi. Ondan sonra hər Olimpiadada biz nəticələrimizi artırırdıq - 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanmışdıq. Biz hesab edirdik ki, bu, böyük nəticədir və doğrudan da belədir. Çünki Yay Olimpiya Oyunlarında dünyanın ən qabaqcıl idmançıları iştirak edirlər və orada medal qazanmaq o qədər də asan deyil. Ancaq bu dəfə 18 medal əldə etməyimiz, əlbəttə, onu göstərir ki, son 4 ildə də Azərbaycan idmanı sürətlə inkişaf edib.

Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür. Əgər qabaqcıl idman ölkələrinə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti inkişaf etmiş ölkələrdir. Çünki inkişaf etmiş ölkələrdə idmana daha da böyük dəstək göstərilir, bunun üçün daha da böyük maliyyə imkanları var, idmançılar üçün şərait daha da yaxşıdır və əlbəttə ki, nəticələr də özünü göstərir. Uğurlu iqtisadi inkişafımız və düşünülmüş siyasətimiz Azərbaycanı da dünya idman elitasının sıralarına daxil edib. Bu, məni çox sevindirir. Çünki bilirsiniz ki, idman mənim həyatımda mühüm rol oynayır. Mən 19 ildir ki, Milli Olimpiya Komitəsinin prezidentiyəm və bu missiyanı icra edirəm. Yadımdadır, 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti mənə bu etimadı göstərəndə ölkə idmanı o qədər də yaxşı vəziyyətdə deyildi. İdmançılarımız ölkəmizi tərk edirdi, bəzi idmançılarımız düz yolda deyildilər. Bu da həqiqətdir. İdmana qayğı göstərmək üçün bizim o qədər də maliyyə imkanlarımız yox idi. Bundan əlavə, idmana rəhbərlik edən qurumlar arasında da birlik yox idi.

Mənim yadımdadır, o vaxt Milli Olimpiya Komitəsi ilə İdman Nazirliyi arasında demək olar ki, intriqalar gedirdi, qarşıdurma yaranmışdı. Əlbəttə ki, bu, idmanın inkişafına çox mənfi təsir göstərmişdir. Mənim əsas vəzifəm, - o vaxt mən bunu açıq şəkildə ifadə etdim, - ondan ibarət idi ki, idmana rəhbərlik edən qurumlar arasında birlik yaransın, biz vahid komanda kimi fəaliyyət göstərək, idmançılara şərait yaradaq və ondan sonra idmançılardan nəticə gözləyək. Çünki əgər şərait yoxdursa, nəticə gözləmək mümkün deyil və biz bu siyasəti ardıcıl şəkildə apararaq bugünkü gözəl nəticələrə gəlib çatmışıq.

Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında həmişə böyük nəticələr qazanırlar. Gənc idmançılarımız bizi sevindirir, gənc nəsil yetişir. Bu da çox vacib məsələdir. Çünki əgər gənc nəsil idmana meyilli olmasa, idmanla məşğul olmasa, onda əlbəttə ki, böyük uğurlardan söhbət gedə bilməz. Gənc nəsli idmana cəlb etmək üçün ilk növbədə şərait olmalıdır. Biz bunu yaradırıq. Qırxdan çox şəhərimizdə müasir olimpiya kompleksi açılıbdır. Digər stimul, əlbəttə ki, tanınmış idmançılarımızın qələbələridir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olanlar, yaxud da ki, olmaq istəyənlər indi bizim çempionlarımıza baxırlar, onların uğurlarına sevinirlər və onlar kimi olmaq istəyirlər. Yəni, bütün bu amillər idmanın inkişafına xidmət göstərir. Ona görə, biz öz siyasətimizi apararkən bütün bu amilləri nəzərə alırdıq. İdmançılara şərait yaradılmalı, idmançının ləyaqətli adı cəmiyyətdə bərpa edilməli idi, onu da biz etdik. İdmançılarımızın təlim-məşq toplanışlarının təşkili məsələlərində lazımi addımlar atılmışdır. İdman mütəxəssisləri cəlb edildi, məşqçi heyət gücləndirildi və əlbəttə ki, nəticə də göz qabağındadır. Əgər bütün bu tədbirlər olmasaydı, nəticə gözləmək əlbəttə ki, mümkün olmazdı.

Bu gün isə Azərbaycan özünü dünyada idman dövləti kimi göstərir. Rio Olimpiya Oyunları, eyni zamanda, onu göstərib ki, əvvəlki dövrlərdə qazandığımız uğurlar təsadüfi deyildir. Keçən il Bakıda tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunları keçirilmişdir. Azərbaycan atletləri komanda hesabında ikinci yeri tutmuşlar. Bəziləri buna təəccüblə yanaşırdılar. Yəni, bəzi idman mütəxəssisləri üçün bu, bir sürpriz idi. Hesab edirdilər ki, doğma divarlar arasında bizim idmançılara yəqin, hansısa xüsusi bir şərait yaradılmışdı. Halbuki bu, belə deyil. Hətta Bakıda keçirilmiş Avropa Oyunlarında da hakimlərin ədalətsizliyi bəzi hallarda idmançılarımıza mane olurdu. Necə ki, bu dəfə Rioda bizim qızıl medallarımızın sayı daha çox olmalı idi. Bunu siz də yaxşı bilirsiniz, Azərbaycan ictimaiyyəti də və idmanla maraqlananlar da bilirlər. Rio Olimpiya Oyunlarının nəticələri onu göstərir ki, Avropa Oyunlarındakı nailiyyət təsadüfi deyildir.

Biz doğrudan da idman dövlətiyik. Biz bütün reytinqlərə görə qabaqcıl yerlərdəyik. Yay Olimpiya Oyunlarından sonra bir neçə parametr üzrə təhlil aparılmışdır - ölkələrin əhalisinin sayına görə medalların sayı və ölkələrin ümumi daxili məhsulunun həcminə görə medalların sayı. Hər iki reytinqdə biz birinci onluqdayıq. İştirak edən idmançıların medallarının sayına görə isə biz birinci yerdəyik. Biz Olimpiadada 56 idmançı ilə təmsil olunmuşuq, 18 medal qazanmışıq. Yəni, bu meyar üzrə biz dünyada birinciyik. Bir daha sizi bu gözəl hadisə, gözəl nəticələr münasibətilə təbrik edirəm.

Əlbəttə, oyunların nəticələri təhlil ediləcək ki, gələcəkdə biz daha da yaxşı nəticə gözləyə bilək. Düzdür, hər Yay Olimpiya Oyunlarından sonra idmançılarla görüşlər zamanı mən qeyd edirəm ki, bu, çox böyük nəticədir, bundan böyük nəticə əldə etmək çətin olacaq. Xatırlayıram, 4 il bundan əvvəl idmançılarımız Londondan qaydandan sonra da demişdim ki, 10 medal qazanmışıq, gələn dəfə ondan çox medal qazanmaq çətin olacaq. Amma indi 18 medal qazanmışıq və əlbəttə ki, bu, bizim işimizi Tokioda bir az çətinləşdirəcək. Amma buna baxmayaraq əminəm ki, Tokioda da Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Əlbəttə, hər bir ölkə, hər bir ölkənin əhalisi, xalqı istəyir ki, onun idmançıları daha çox medal qazansın. Biz də bunu istəyirik. Ancaq bununla bərabər biz istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Artıq bu istiqamətdə çox önəmli addımlar atılıbdır. İdmanın kütləviliyi insanların sağlamlığı, sağlam həyat tərzi deməkdir. Bizim idmançılarımız, - mən görkəmli idmançılarımızı, çempionlarımızı nəzərdə tuturam, - özlərini məişətdə də, döyüş meydanlarında da ləyaqətlə aparırlar. Rio Olimpiya Oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm ki, saxtakarlığı ilə üzləşərək onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə apardılar. Onlar üçün bu, ən ağır mənəvi zərbə idi. Çünki onların qələbəsi bütün dünyanın gözü qarşısında kobudcasına, həyasızcasına, biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız özlərini necə ləyaqətlə aparırlar. Bu, onu göstərir ki, bizim idmançılarımızın çox güclü mənəvi dayaqları var. Onlar gənc nəsil üçün də nümunədirlər və onların davranışı, - mən onların fəaliyyətini də, həyatını da izləyirəm, - cəmiyyətdəki hərəkətləri bizi çox sevindirir. Onlar bizim gənc idmançılar üçün nümunədir, örnəkdir. Əminəm ki, gənc idmançılar burada oturan idmançılardan nümunə götürərək çalışacaqlar ki, onlar kimi olsunlar. Ona görə, idmanın cəmiyyətdə çox böyük rolu var. Bu, təkcə fiziki idman yarışı deyil. Bu, mənəviyyatdır. Bu, sağlam həyat tərzidir. Bu, ləyaqətdir. Öz gücünə əmin olan insan heç vaxt ondan gücsüzə qarşı zor tətbiq etməz. Bəli, özünü müdafiə etmək üçün lazımi cavab verə bilər və verməlidir. İdmanda da, həyatda da eynidir. Ancaq özü bunun təşəbbüskarı olmamalıdır və şadam ki, bizim idmançılarımız bax belə idmançılardır.

Siz Azərbaycan xalqını sevindirmisiniz. Rioda müstəqil Azərbaycan bayrağı 18 dəfə dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik, bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Mən sizinlə fəxr edirəm. Sizə minnətdaram, sizə uğurlar arzulayıram, sizi öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan idmançılarına!

X X X

Sonra mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

X X X

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident.

Əziz dostlar, idmançılar, hər birinizi salamlayıram. Mən də öz adımdan, komandamız adından bu gözəl qələbəmiz münasibətilə xalqımızı təbrik edirəm.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti ölkəmizi Olimpiya Oyunlarının ən yüksək zirvəsinə qaldırmışdır. Olimpiya Oyunları idmanın ən yüksək zirvəsində olan yarışlardan biridir. Möhtərəm cənab Prezident, Siz Olimpiya Oyunlarına yolasalma mərasimində idmançılarımıza öz tövsiyələrinizi vermişdiniz. Hər zaman olduğu kimi, Sizin tövsiyələriniz bizim yaddaşımıza yazılıb. Yolasalma mərasimində idmançılarımıza müvəffəqiyyətlə, ləyaqətlə çıxış edib ölkəmizə uğurlu nəticələrlə, yüksək əyarlı medallarla qayıtmağı arzu etmişdiniz. Bu gün biz idmançılar, məşqçilər Sizin qarşınızdayıq. Möhtəşəm qələbə ilə hüzurunuzda durmuşuq. Fəxr, qürur hissi keçiririk ki, bu gün Sizin etimadınızı doğrultmuşuq.

Bu qələbələr münasibətilə Sizi, bütün Azərbaycan xalqını təbrik edirik. Bu, Sizin qələbənizdir. Bu, bütün xalqımızın qələbəsidir. Sözsüz ki, bu qələbələrə gedən yol asan olmamışdır. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğı sayəsində, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyanın rəhbərliyi altında biz yarışlara hazırlaşdıq və bu möhtəşəm qələbəni qazandıq.

Mən bir güləş mütəxəssisi, məşqçisi kimi, pəhləvanlarımızın, güləşçilərimizin Olimpiya Oyunlarında çıxışlarını da qeyd etmək istəyirəm. Güləşçilərimiz 9 medal qazandılar. Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdılar, 5 medal qazanaraq komanda hesabında birinci yerə layiq görüldülər. Bu da idman tariximizə yeni bir səhifə yazdı. Bu, ölkəmizdə güləşçilərimizin potensialının nə qədər böyük olmasından xəbər verir.

Cənab Prezident, biz bundan sonra da çalışacağıq ki, Sizin bizə göstərdiyiniz etimadı doğruldaq. Gələcək yarışlarda, IV İslam Həmrəyliyi Oyunlarında, Tokioda keçiriləcək Olimpiya Oyunlarında imkan verməyəcəyik ki, hakim ədalətsizliyi olsun. İnşallah, elə hazırlaşacağıq ki, qazandığımız o 9 medalı - gümüş, bürünc medalları qızıla çevirək və bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycanın İlham Əliyev kimi güclü və qüdrətli Prezidenti var.

Yaşasın, möhtərəm cənab Prezidentimiz İlham Əliyev! Yaşasın, Azərbaycan!

X X X

XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin ZEYNALOV çıxış edərək dedi:

-Hörmətli Prezidentimiz.

Hörmətli Mehriban xanım.

Mən Ulu Öndərimizin bir kəlmə sözünü idmançıların nəzərinə çatdırmaq istəyirəm. 1996-cı ildə mən Azərbaycanın ən güclü məşqçisi seçiləndə Əl Oyunları Sarayında möhtərəm Ulu Öndərimiz demişdi: “Vətənin idman şərəfini qorumaq səngərdə Vətənin torpağını qorumaq kimi şərəfli bir işdir”.

Bütün Azərbaycan xalqı kimi mən də Prezidentimizlə fəxr edirəm. Yaşasın, Azərbaycan Prezidenti İlham Əliyev!

X X X

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur AMANOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, mən bu görüşdə iştirak etdiyim üçün çox sevinirəm. İdmançılarımız XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış edib, Azərbaycan bayrağını yüksəklərə qaldırıb, Vətənə qələbə ilə qayıdıblar. Sizi əmin etmək istərdim ki, idmançılarımızın zəfər səsləri dünyanın bütün ölkələrindən gələcək.

Azərbaycan gənclərinin fiziki cəhətdən sağlam olması Sizin bizlərə göstərdiyiniz diqqət və qayğının sayəsində mümkün olub. Bir sözlə, möhtərəm Prezident, Sizin hakimiyyətdə olduğunuz illərdə Azərbaycan dünyanın ən qüdrətli idman dövlətinə çevrilib.

Mən bu gün sevincli günlərimdən birini yaşayıram. XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticə göstərərək 1 qızıl, 7 gümüş və 10 bürünc medal əldə ediblər. Mənim üçün ikiqat sevincdir. Çünki tələbəm Radik İsayev Olimpiya Oyunlarının qızıl medalını qazanaraq Sizin etimadınızı doğruldub. Bir məşqçi kimi, deyə bilərəm ki, bu, təkcə idman ictimaiyyətinin deyil, bütün xalqımızın sevincinə səbəb olub.

Bütün bu nailiyyətlərin qazanılmasına səbəb Sizin rəhbərliyinizlə idmanın maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, biz məşqçilərə və idmançılara, bütün idman ictimaiyyətinə göstərdiyiniz diqqət və qayğı, bir sözlə, bizim bütün sosial-məişət problemlərimizin çevik şəkildə həlli, möhtərəm cənab Prezident, bizə göstərdiyiniz sözün əsl mənasında atalıq qayğısıdır. Bütün yarış iştirakçıları adından Sizi təbrik etmək istərdim. Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Cəbrayıl Həsənovun döyüşünə hamımız baxmışıq. Hamımız da bilirik ki, o, finalda yarışmalı idi. Ən azı onun gümüş medalı olmalı idi.

X X X

Olimpiya Oyunlarının gümüş mükafatçısı, cüdoçu Elmar QASIMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, bu gün Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi keçirirəm. Bizimlə görüşünüz biz idmançılara Sizin ən dəyərli hədiyyənizdir.

Hörmətli cənab Prezident, biz XXXI Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq, Vətənimizi beynəlxalq arenalarda idman ölkəsi kimi bir daha tanıtdıq. Olimpiya Oyunlarında çox böyük dövlətləri geridə qoyaraq 18 medal qazandıq. Oyunlarda bizim uğurlu çıxışımız Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf etməsinin daha bir göstəricisidir.

Hörmətli cənab Prezident, bu gün qazandığımız uğurlarla biz Sizin etimadınızı doğrultmaqdan qürur duyuruq. Mən hər birimizin adından Sizə bir daha böyük təşəkkürümü bildirirəm. Daim Azərbaycan idmanının adını ucaltmaq üçün əlimdən gələni etməyə söz verirəm. Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Hamımız yaxşı xatırlayırıq ki, Elmar bir neçə il bundan əvvəl İrəvanda cüdo üzrə gənclərin Avropa çempionatında Azərbaycan bayrağını yüksəklərə qaldırmışdı. Onun şərəfinə İrəvanda Azərbaycanın dövlət himni səsləndirilmişdi. İndi də Olimpiya mükafatçısıdır. Əminəm ki, gələcəkdə Olimpiya çempionu da olacaq.

X X X

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini Rio Olimpiadasının gümüş medalçısı, boksçu Lorenzo Sotomayora təqdim edən Prezident İlham ƏLİYEV dedi: Lorenzo Sotomayor Olimpiya çempionudur. Onun qələbəsi hakimlər tərəfindən oğurlanıb. Ancaq əminəm ki, o, Tokioda ədaləti bərpa edəcək.

Lorenzo SOTOMAYOR: Çox sağ olun. İnşallah.

X X X

Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya STADNİK çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, bu gün bizim üçün çox mühüm tarixi andır. Olimpiyaçılarımız Rio Olimpiya Oyunlarında on yeddi idman növündə təmsil olunurdular. Əvvəlki uğurlarımıza baxmayaraq, biz daha qətiyyətli çıxış edə və yeni nailiyyətlər qazana bildik. Olimpiya Oyunlarının fəxri mükafatını almış hər bir idmançını səmimi qəlbdən təbrik edirəm. Bu uğur hər bir idmançı üçün böyük sevincdir.

Hörmətli cənab Prezident, bütün idmançılar, bütün məşqçilər daim Sizin qayğınız və diqqətinizlə əhatə olunub. İdman sahəsində çalışan hər bir adam bunun nə qədər vacib olduğunu bilir. Olimpiya Oyunlarında yüksək nailiyyətlər düzgün işin, dövlətimiz tərəfindən qayğının nəticəsidir. Mən bütün idmançılar adından Sizə minnətdarlıq etmək istəyirəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Hamımız Mariyanı çox sevirik. Mən və bütün ailəm yarışları izləyir və sənə azarkeşlik edirdik. Sənin üçün səndən çox həyəcan keçirirdik. Cəmi üç saniyə çatmadı, amma eybi yox. Məncə, bu da böyük nailiyyətdir, başlıcası isə irəliyə baxmaq lazımdır. Tokiodakı çıxışı gözləyəcəyik.

X X X

Dövlətimizin başçısı olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.

Sonra Prezident İlham Əliyev Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşdü, onu qazandığı qələbə münasibətilə təbrik etdi.

Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB] VİDEO

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir