RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib VİDEO

A+ A

Xaçmaz, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait, həmçinin rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır