RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb VİDEO

Paris, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır