RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri
Romanın Beynəlxalq Hava Limanında qarşılanma VİDEO
Roma, 13 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də İtaliya Respublikasına rəsmi səfərə gəlmişdir.
Romanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.