RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb VİDEO

Riqa, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri iyulun 18-də başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin