RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Neftçala, 28 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.