Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin Xızı və Siyəzən rayonlarına səfəri
Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub VİDEO

Xızı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq verib. Həmin tapşırığın icrası ilə əlaqədar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sifarişi ilə Türkiyənin “Təməlsu” məsləhətçi şirkətinin hazırladığı, “Evrascon” ASC və “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra olunan layihələrə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Dövlətimizin başçısına “Samur–Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb. Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Bildirildi ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: Burada bir neçə böyük təsərrüfat yaradılmalıdır. Çünki biz bu sahəni gərək tam şəkildə işə salaq. Buna nail olmaq üçün əlbəttə, böyük investisiyalar lazımdır. Artıq bütün bu sahə həm kreditləşdirmə yolu ilə, həm də sahibkarların öz vəsaiti hesabına gərək məhsul versin.

Kənd təsərrüfat naziri Heydər ƏSƏDOV: Cənab Prezident, ayırdığınız vəsait təsərrüfatları yeni cins inəklərlə də təmin etməyə imkan verir. Fermerləri beş min başadək inəklə təmin edə bilərik.

Prezident İlham ƏLİYEV: Yerlər dəqiq seçilməlidir. Hansı sahədə hansı işlər görüləcək və bu işlərin əlaqələndirilməsi də aparılmalıdır.

Heydər ƏSƏDOV: Bir də direnaj işləri görülməlidir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd ƏHMƏDZADƏ: Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu torpaqların hamısı analiz olunub, baxılıb ki, haradan necə istifadə etmək olar.

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV: Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Heydər Əsədovun dediyi kimi, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkmək məsləhətdir, - bağçılıq, taxılçılıq və sair sahələr üzrə xüsusi layihələr hazırlanır. Bu layihələr sahibkarlara təqdim olunacaq. Burada deyildiyi kimi, taxılçılıq, heyvandarlıq, bağçılıq, istixanaların yaradılması üçün də şərait var. Çünki tapşırığınıza əsasən burada tam infrastruktur yaradılıb, qaz, su, torpaqlar var.

Prezident İlham ƏLİYEV: Əlbəttə, siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə bu, kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd təsərrüfatı ilidir. Bir neçə fərman imzalanıb. İl ərzində nəticələr də yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası nəticəsində daha da böyük artım olacaq.

Şahin MUSTAFAYEV: Cənab Prezident, tapşırdığınız kimi, iri fermer təsərrüfatlarının yaradılması da əsas məqsədimizdir. Çalışırıq ki, burada iri layihələr olsun. Bu il iri təsərrüfatların göstəriciləri də çox gözəldir, hektardan 60 sentner.

Heydər ƏSƏDOV: 20 hektardan artıq sahəsi olan 21 təsərrüfatda hər hektardan 55-60 sentner arasında məhsul yığılır.

Prezident İlham ƏLİYEV: Ümumi məhsuldarlıq 30 sentnerə qalxıb?

Heydər ƏSƏDOV: Cənab Prezident, 31 sentnerə çatıb. İndi qarğıdalı biçini gedir. Sizin ikinci əkinin aparılması barədə fərmanınıza əsasən bu il artıq indiyədək 14 min hektara qədər sahədə ikinci əkin aparılıb. Artıq təsərrüfatların yem bazası ilə bağlı problem demək olar ki, aradan qalxıb.

Prezident İlham ƏLİYEV: Yəni, bu, böyük müasir bir layihə olmalıdır. Hər şey nəzərdə tutulmalıdır. Məncə bunu etmək çətin olmayacaq. Çünki biz sıfırdan başlayırıq. Bunun əsas mənbəyi Taxtakörpü su anbarıdır. Burada qalan işləri planlı şəkildə etməliyik.

Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar.

Taxtakörpü su anbarının tikintisi tarixi hadisə idi. Bu layihənin icrasına təxminən 1 milyard manata yaxın vəsait xərclənib. Bu vəsait sahibkarlar üçün xərclənib ki, onlar istifadə etsinlər. Amma dövlət orqanları əlbəttə nəzarət etməlidirlər, istiqamət verməlidirlər. Bu layihə çox ciddi nəzarət altında olmalıdır. Gələcəkdə bundan özəl mülkiyyətçilər də istifadə edəcəklər. Amma indi mövcud torpaq sahibləri üçün böyük imkanlar açılır. Elə planlaşdırın ki, görülən işlər gələcəkdə bu zonanın turizm imkanlarına maneçilik törətməsin. Əminəm ki, turizmin inkişafı buralara da gəlib çatacaq. Gələcəkdə yollar salınacaq. İndi Siyəzən rayonunda sahilboyu yol çəkilir. Bu da gələcəkdə bu zonanın inkişafına xidmət göstərəcək.

Biz bütün işləri kompleks şəkildə görməliyik. Siz bütün təklifləri, biznes-planları hazırlayın. Çünki öz təşəbbüsləri ilə bu işləri görmək sahibkarlar üçün bir qədər çətin olacaq. Amma gərək biznes-planda hər şey dəqiq göstərilsin. İnvestisiya qoyuluşu nə qədərdir? Bunun iqtisadi səmərəsi nə olacaq? Ondan sonra əlbəttə bütün infrastruktur məsələlərini dövlət öz üzərinə götürməlidir. Bu layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı böyük dərəcədə artacaq. Gələn ilin də dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət tərəfindən kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki bu, həm sahibkarlığın inkişafına xidmət göstərir, həm də iqtisadiyyatın real sektoruna bilavasitə bir dəstəkdir.

Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur.

Eyni yanaşma qərb zonasında da olmalıdır. Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni layihələri o bölgə üçün də hazırlayın. Düzdür orada bir layihə artıq başlayır - Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra edilməlidir.

Əhməd ƏHMƏDZADƏ: Orada kanalların tikintisinə başlamışıq.

Prezident İlham ƏLIYEV: Bilirəm, başlamısınız. Vəsait də nəzərdə tutulub.

Əhməd ƏHMƏDZADƏ: Vəsait də verirsiniz, nəzarətdə də saxlayırsınız, gəlib yoxlayırsınız. Daha bundan yaxşı nə ola bilər?

Prezident İlham ƏLİYEV: Keçən il biz sizinlə burada dayananda mən demişdim ki, mən gələn il gələcəm, görsəm ki, burada iş görülməyib, onda siz özünüzdən küsün. Əsas bunlardır. Biz Taxtakörpü su anbarını, Samur-Abşeron kanalını buna görə yaratmışıq. Onlar olmasa, bu işləri görmək mümkün deyil.

Əhməd ƏHMƏDZADƏ: Cənab Prezident, ilin axırında bu iki rayonda yeni suvarılan sahələr səkkiz min hektara çatacaq.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bax, bu, görülən işlərin bariz nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Xızı və Siyəzən rayonlarına səfəriXızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub VİDEO

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub