RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri
Tovuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Tovuz, 5 iyul (AZƏRTAC). İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfərinə Tovuz rayonundan başlamışdır.
Dövlətimizin başçısı əvvəlcə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.