RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berjinsin görüşü VİDEO
Vilnüs, 28 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.03.2024 [13:50]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 18.03.2024 [12:44]