RƏSMİ XRONİKA
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri
Təkbətək görüş VİDEO
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.