Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü VİDEO

Bodrum, 4 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bodrumda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşmüşdür.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

- Möhtərəm Prezident İlham Heydər oğlu, Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında  görməyimə şadam. Bizim ikitərəfli münasibətlərimiz durmadan genişlənməkdədir. Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Minnətdaram ki, Siz bizim təşəbbüslərimizi beynəlxalq təşkilatlarda həmişə dəstəkləyirsiniz. Enerji  təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi məsələlərində də bu dəstək hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycan ilə Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır.

Bizim xarici siyasət idarələrinin əməkdaşlığı da kifayət qədər qənaətbəxş inkişaf etməkdədir. Hər görüş zamanı məsləhətləşmələr ikitərəfli münasibətlərimizin tərəqqisinə yeni yollar açır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox yaxşı inkişaf etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız vardır. Xatırlayıram, Bakı sammitində Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxşı sənədlər  qəbul etdik. Əlbəttə ki, Xəzər dənizi həmişə dostluq, mehriban qonşuluq münasibətləri üçün ümumi vasitəmiz olub. Buna görə də mütəxəssislərimizin apardığı işlər Xəzər dənizi ətrafında ekologiyanın, biomühitin, floranın qorunmasında əminəm ki, müsbət nəticələr verəcəkdir.

Təbii ki,  humanitar sahədə münasibətlərimiz də yaxşı inkişaf etməkdədir. Mən bilirəm ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirəcəksiniz. Biz isə 2017-ci ildə Asiya Oyunları keçirəcəyik. Bu da bizə təkcə idmançılar deyil, eyni zamanda, hakimlər, məşqçilər arasında  təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır ki, sonda uğurlu nəticə alınsın. Biz bilirik ki, Siz bu il xalçaçılıq üzrə sərgi keçirmək niyyətindəsiniz. Əgər imkan olarsa, biz də bu sərgidə iştirak edəcəyik. Düşünürəm ki, xalçaçılıq nəinki bizim xalqların şedevr sənətidir, həm də rəmzidir. Biz bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyik. Mən Sizə minnətdaram ki, sabah biz Zirvə görüşündə mədəniyyət məsələlərini müzakirə edəcəyik. TÜRKSOY bu ili böyük mütəfəkkir, filosof şair Məhtumqulu Fəraqi ili elan edib. Biz Sizə minnətdarıq ki, bizim şairimizin xatirəsini layiqincə yad etmisiniz.

İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində Sizin böyük əməyiniz vardır. Buna görə də mən Sizə, bütün qardaş Azərbaycan xalqına  işlərinizdə böyük uğurlar, ölkənizə tərəqqi arzulayıram.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: 

- Möhtərəm Qurbanqulu Məlikqulu oğlu, bizim dövlətlər arasındakı münasibətlər barədə dediyiniz xoş sözlərə görə çox sağ olun. İstərdim ki, ilk növbədə, Türkmənistanın Sizin rəhbərliyiniz altında qazandığı böyük nailiyyətlər münasibətilə Sizi təbrik edim. Biz Sizin uğurlarınıza sevinirik və ümid edirik ki, bizim dostluq, mehriban qonşuluq münasibətlərimiz daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizin toxunduğunuz məsələlərlə bağlı bizdə tam qarşılıqlı anlaşma vardır. Biz siyasi münasibətlərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bizim Sizinlə görüşlərimiz, eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm  görüşləri  münasibətlərimizin xarakterini bariz şəkildə göstərir. Bu, yaxın dostluq, qardaşlıq münasibətləridir. Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün istiqamətlərdə əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.

İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük.

Mən bilirəm ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim ölkələrimiz və xalqlarımıza xidmət edəcəkdir. Biz Xəzər vasitəsilə yük daşınmasını daha da artıracağıq və bununla da iqtisadi potensialımızı möhkəmləndirəcəyik.

Həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq paralel templərlə inkişaf edir. Bu sahə də xalqlarımızın rifahına, tərəqqisinə xidmət edir. Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcəkdir. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.

Siz mədəniyyət sahəsinə toxundunuz. Əlbəttə ki, bu istiqamətdə də fəal əməkdaşlıq edir və işləyirik. Bizim geniş tərkibdə nümayəndə heyətimiz Türkmənistanın böyük oğlu Məhtumqulu Fəraqinin Aşqabadda keçirilən yubileyində iştirak etdi. Bakıda da müvafiq tədbirlər keçirildi. Bizim xalqlarımızın görkəmli oğullarının irsi, əlbəttə ki, böyük sərvətimizdir, biz onlarla fəxr edirik. Əlbəttə ki, biz onları təbliğ etməli və öz vətəndaşlarımıza ölkələrimizin malik olduğu yüksək mədəniyyət nümunələrini təqdim etməliyik. Tezliklə Bakıda Müasir Xalça Muzeyi binasının açılışı gözlənilir. Açılışdan sonra hesab edirik ki, Türkmənistan da xalçaçılıq sahəsində öz yüksək sənət nümunələrini  təqdim edəcəkdir. Bu da bizim xalqlarımızı yaxınlaşdıran bir sahədir. Bizim xalqlarımızın xalçaya xüsusi münasibəti vardır. Bu, təkcə dekorasiya, rahatlıq elementi deyil,  xalça bizim xalqlarımızın istedadını və mədəniyyətini əks etdirir. Xalça hər bir türkmən və azərbaycanlı üçün doğmadır. Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır. Bir daha Sizi əldə olunan uğurlar münasibətilə təbrik etmək, qardaş Türkmənistan xalqına rifah və xoşbəxtlik diləmək istəyirəm.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü VİDEO

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib