İQTİSADİYYAT


Azərbaycan Prezidenti: Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir

Bakı, 12 iyul, AZƏRTAC

Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, əgər bu mexanizm olmasaydı bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.