SİYASƏT


Azərbaycan Prezidenti milli bayram münasibətilə litvalı həmkarını təbrik edib

A+ A

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli bayramı münasibətilə dövlət başçısı xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Litva dostluğunun və əməkdaşlığının, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimizin bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Dalya Qribauskayteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.