RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri birgə nahar etmişlər VİDEO
Ankara, 13 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qərargahında birgə nahar etmişlər.
Nahardan sonra Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımları binada yaradılmış şəraitlə tanış oldular, yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdilər.